Şriftin ölçüsü :

Saytın rəngi :

132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə növbəti səyyar görüş və qaldırılan məsələlərin həlli ilə bağlı işçi qaydada müşavirə keçirilmişdir

05 dekabr 2019 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən dekabr ayının 5-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, İstiqlaliyyət küçəsi 11/13 ünvanında yerləşən 132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə növbəti səyyar qəbul-görüşü, daha sonra tədbirdə qaldırılan məsələlərin həlli ilə əlaqədar işçi qaydada müşavirə keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və kadr dəyişiklikləri barədə sakinlərə ətraflı qaydada məlumat verərək qeyd etmişdir ki: “Bugün Azərbaycanın dinamik və hərtərəfli inkişafı struktur islahatlarının həyata keçirilməsini zəruri edir. Bu baxımdan idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda səmərəliliyin və çevikliyin təmin edilməsi məqsədilə mütəmadi olaraq struktur islahatlarının aparılması mühüm əhəmiyyət kəsb edir. Aparılan islahatlar və kadr dəyişiklikləri əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı düşməsi, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır”.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, məişət tullantılarının vaxtı-vaxtında daşınması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Görüşün sonunda sakinlər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan hər bir sərəncam və fərmanı dəstəklədiklərini, rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qəbul başa çatdıqdan sonra işçi qaydada keçirilən müşavirədə RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür. Eyni zamanda Vuqar Zeynalov rayon ərazisində aparılan əsaslı yenidənqurma və abadlıq işlərinin vəziyyəti, sənədsiz torpaq sahələrinin və yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı RİH yanında yaradılmış Yerli Ekspert Komissiyasının fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

Keçidlər