Şriftin ölçüsü :

Saytın rəngi :

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Səbail rayonunda ağacəkmə aksiyası keçirilmişdir

06 dekabr 2019 | 16:00

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi Səbail rayonunda da Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmiş və mədəni konsert proqrammı təşkil olunmuşdur. Aksiya çərçivəsində Səbail rayonuunda ümumilikdə 4800 müxtəlif növ ağac əkilmişdir, o cümlədən Abbasqulu Abbaszadə küçəsində bir hektar sahədə mindən artıq ağac əkilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, mədəniyyət xadimləri, rayon ictimaiyyəti, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələri, YAP fəalları və gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirmişlər. Azərbaycan vətəndaşlarının sosial məsələlərinin həllini, onların sağlamlığının qorunmasını prioritet sahələrdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədi ilə icra olunan layihələr də mühüm əhəmiyyət kəsb edir.
Yüksək bayram əhval-ruhiyyəsində keçirilən tədbirdə ərazidə təmizlik işləri aparılmış, ağacların dibi quru otlardan təmizlənmiş, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilmişdir.

Keçidlər