Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

16 yanvar 2020 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 16-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, Məktəbli küçəsi 16 ünvanında yerləşən 239 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirərək qeyd etmişdir ki: “Ölkənin bütün sahələrində çox böyük müsbət dəyişikliklər olmuş və çox böyük işlər görülmüşdür. İqtisadiyyat, mədəniyyət, sosial, ordu quruculuğu və digər sahələrdə layihələrin gerçəkləşdirilməsində Azərbaycan ön sırada olan ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkə başçısı fəaliyyətində xalqın dəstəyinə arxalanır, onun gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır”. RİH başçısı rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər barədə sakinlərə geniş məlumat vermişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, kanalizasiya xətlərinin təmir olunması, içməli suyun fasiləsiz olaraq verilməsi və bir sıra digər məsələlərlə bağlı müraciət etmişlər.
Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər