Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir
Yanvarın 16-da Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli tam orta məktəbin akt zalında Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, rayonun hüquq-muhafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinlərinin iştirak etmişlər.
Hesabat tədbirini giriş nitqi ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Əhmədzadə 2019-cu il ərzində qəsəbədə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki: “Bakı şəhərinin ən qədim qəsəbələrindən olan Bibiheybət qəsəbəsində hazırda 1843 nəfər əhali yaşayır, qəsəbədə həmçinin 116 nəfər məcburi köçkün məskunlaşmışdır. Hesabat ilində Rayon İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Bibiheybət qəsəbəsinin mərkəzi hissəsində yenidənqurma işləri çərçivəsində 45 evin dam örtüyü yenilənmiş, qapı və pəncərələri dəyişdirilmiş, qəsəbədə 1000 p.m uzunluğunda yeni su xətti, 12 min metr uzunluğunda yeni elektrik xətti, 200 p.m qaz xətti və 400 metr rabitə xətti cəkilmişdir. Əlavə olaraq hesabat ilində qəsəbədə 20 min kv.m sahədə suvaq və rəngləmə işləri görülmüş, 1500 kvadrat metr sahəyə aqlay vurulmuş, 3000 kvadrat metr sahəyə daş düzülmüşdür”.
Tədbirdə sakinləri maraqlandıran suallar cavablandırılmışdır.
Hesabat məruzələrindən sonra çıxış edən RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı qəsəbə nümayəndəliyinə və əlaqədar qurumlara müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Yığıncaqda iştirak edən sakinlər ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.