Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış sahəsində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir

23 yanvar 2020 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 23-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış sahəsi, A.Məmmədov küçəsi 86 ünvanında yerləşən 163 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffavlığın səviyyəsini artırıb, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaradıb, qeyri-neft sektorunun sürətli inkişafını təmin edib. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına ölkə başçısının imzaladığı müvafiq sərəncamlara əsasən geniş sosial paketlər elan edildi. Bu sosial paketlər 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərinin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Azərbaycanda sosial siyasət dövlətin əsas istiqamətlərindən biridir. Atılan addımlar bir daha onu göstərir ki, Azərbaycanda çox uğurlu siyasət yürüdülür və bu addımlar insanların rifahının yaxşılaşdırılmasına yönəlib”. RİH başçısı Vuqar Zeynalov eyni zamanda rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən sakinlərə geniş məlumat vermişdir.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, işlə təminat, yeni marşrut xəttinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər