«Son zəng» tədbirləri Səbail rayon məktəblərində xüsusi təntənə ilə keçirilmişdir
«Son zəng» tədbirləri ənənvi olaraq Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
Səbail rayonunda 18 orta, 1 orta-ixtisas, 1 Peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 20 məktəbəqədər təhsil müəssisəsi, 2 Uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2075 nəfər pedaqoci işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzundur.
Paytaxtımızın mərkəzindəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusi təntənə təşkil olunmuşdur. Bu il 150 yaşı tamam olan, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 77 sinifdə 2300 şagird təhsil alır. Bu il məktəbi 105 məzun bitirir ki, onlardan 5 nəfəri «Qızıl medal»a namizədddir. Son 2 il ərzində isə məktəbin məzunlarından 5 nəfər «Qızıl» və 1 nəfər «Gümüş» medala layiq görülmüşdür.
Ölkə başçısının sərəncamına əsasən 2010-cu ildə əsaslı şəkildə təmir olunaraq yenidənqurulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuş 132-134 saylı Təhsil Kompleksi bu gün şəhərimizin mərkəzi üçün gözəl memarlıq abidəsinə çevrilmişdir.
«İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibi olmuş Kompleksdə bu gün 300 nəfər işçi çalışır ki, onların 197-i müəllimdir. Pedaqoci işçilərin 2-si elmlər namizədi, 6-ı əməkdar müəllimdir. Kompleksin 11 müəllimi «Ən yaxışı müəllimi» müsabiqəsinin qaliblərindəndirlər. 2012-1013-cü tədris ilində 20 nəfər şəhər, respublika və beynəlxalq miqyaslı Olimpiadalarda, 8 şagird idman yarışlarında və 6 şagird isə müxtəlif müsabiqələrdə qaliblər arasında olmuşlar.
«Son zəng» tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 132-134 saylı Təhsil Kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını Ümummmilli liderimiz Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» sözləri ilə başladı, Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi və bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. S.Xanlarova həmçinin bu gözəl və hər cür tələblərə cavab verən Kompleksə görə məktəb kolletivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
Səbail rayonunun qocaman və tanınmış məktəblərindən olan, 190 saylı məktəb bu il özünün 66-cı buraxılışını keçirir. Məktəbdə hazırda 1105 şagird təhsil alır, burada 115 pedaqoci və 22 texniki işçi çalışır. Bu il 4 sinifdə 88 şagird təhsili başa vurur və onların 2-si «Qızıl medala» namizəddir.
Bu əlamətdar tədbirə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri Fərmanlar və hədiyyələr təqdim etdi, məzunların böyük əksəriyyətinin məktəbi əla və yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğuladı.
Qeyd etdi ki, 190 saylı məktəb 2009-cu ildə «Ən yaxşı ümumtəhsil məktəbi» adını qazanmış, məktəbin 5 müəllimi «Ən yaxşı müəllimi» müsabiqəsinin qalibləri sırasında olmuşlar. Məktəbdə 3 elmlər namizədi, 1 əməkdar müəllim çalışır.
190 saylı orta məktəb ötən tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən «Tarix aylığı»nın yekunlarına görə I yerə layiq görülmüşdür. Şagirdlərdən 7 nəfər Bakı şəhəri üzrə keçirilən bilik olimpiadalarında I yerə çıxmış, məktəbin 2 müəlliməsi «Ən yaxşı müəllim» müsabiqəsində iştirak edir.