Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vasif Səfərovun ailə üzvləri ilə görüş keçirilib

19 fevral 2020 | 16:00

Fevralın 18-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 1997-ci ilin iyul ayında Murovdağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Səfərov Vasif Vaqif oğlunun ailə üzvlərinin yaşadığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əsaslı şəkildə təmir olunmuş və lazımi məişət avadanlıqları ilə təmin olunmuş Bayıl yaşayış sahəsi, Gülbala Əliyev küçəsi, ev 60 ünvanında yaradılan şəraitlə tanış olmaq məqsədilə şəhidin ailə üzvlərini ziyarət etmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər iştirak etmişlər.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirmişdir ki: “Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır. Ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli Liderimizin bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva vətərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir”.
Şəhid ailəsi olaraq hər zaman qayğı ilə əhatə olunduğunu qeyd edən şəhid anası Bahar Səfərova bunun əyani sübutu kimi evinin təmir olunmasını göstərib: “Məsələ yalnız dövlətin şəhid ailələrinə göstərdiyi maddi yardımda deyil, önəmli bir şərt də bizə bəslənən ehtiram, daim sayılıb-seçilməyimizdir. Bu məsələdə də Cənab Prezidentimiz öndədir. Dövlətimizin şəhid ailələrinə göstərdiyi həm maddi, həm mənəvi dəstək bizim üçün böyük təsəllidir”.

Keçidlər