Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış sahəsində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir

20 fevral 2020 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 20-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış sahəsi, Xanlar küçəsi 34 ünvanda yerləşən 91 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər iştirak etmişlər. 
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nəaliyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Son illərdə əldə olunmuş siyasi və sosial-iqtisadi nəaliyyətlər xalqın rifahının təkcə bu gün deyil, gələcəkdə də təmin olunmasına zəmanət verir. Əhalinin rifahının gücləndirilməsi, sosial problemlərin həlli istiqamətində imzalanan fərman və sərəncamlar, verilən mühüm qərarlar xalqda böyük məmnunluq hissi yaradır və  ölkə vətəndaşları birmənalı olaraq dövlət başçısını müstəqil respublikamızda baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir”. RİH başçısı Vuqar Zeynalov görüşdə iştirak edən sakinlərə dövlət başçısının tapşırığına əsasən Səbail rayonunda, o cümlədən Bayıl yaşayış sahəsində aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də geniş məlumat vermişdir.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, işlə təminat, içməli su xəttinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər