Səbail Rayon İcra Hakimiyyətində bir qrup sahibkar ilə maarifləndirici görüş keçirilmişdir
Fevralın 19-da Səbail Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə əlaqədar bir qrup sahibkar ilə maarifləndirici görüş keçirilmişdir.
Tədbirdə Səbail RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəis müavini Samir Nəsirov və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup sahibkar iştirak etmişdir.
Tədbirdə çıxış edən Samir Nəsirov 2020-ci ildə həyata keçirilən vergi siyasəti, vergi qanunvericiliyində edilən dəyişikliklərin əsas istiqamətləri barədə məlumat vermişdir. Görüşün sonunda vergi ödəyicilərinin sualları, təklifləri dinlənilmiş, geniş tərkibli müzakirə təşkil edilmişdir.