Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

27 fevral 2020 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, RİH-də təcrübə keçən könüllülər və bir qrup sakin iştirak etmişdir.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ötən il ərzində ölkənin bütün sahələrində çox böyük müsbət dəyişikliklər olub, çox böyük işlər görülüb. İqtisadiyyat, mədəniyyət, sosial, ordu quruculuğu və digər sahələrdə layihələrin gerçəkləşdirilməsində Azərbaycan ön sırada gedən ölkələrdəndir. Azərbaycan son bir il ərzində öz gücünü daha da artırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm Azərbaycan dövlətinin, həm də Azərbaycan vətəndaşlarının tam müdafiəsini təmin edir. Əlbəttə ki, xalqımız bütün bu işləri görür, Cənab Prezidentin siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşərək Azərbaycanın uğurlu gələcəyi naminə inamla addımlayır". Daha sonra RİH başçısı ölkə başçısının tapşırıqlarına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan genişmiqyaslı işlər barədə sakinlərə ətraflı məlumat vermişdir.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, evlərin fasad hissələrinin təmiri, dam örtüklərinin təmiri və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə etmiş, ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər