Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə növbəti görüş keçirilmişdir

07 mart 2020 | 16:00

Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə martın 7-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 1 ünvanında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səbail RİH başçısı Vuqar Zeynalov görüşdə iştirak edən sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər