Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdarda koronavirus əleyhinə dezinfeksiya işləri aparılır

26 mart 2020 | 16:00

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq martın 26-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi 16, 17, 19, 21, 23 və 25 ünvanlarında 800 nəfər sakinin yaşadığı, ümumi sahəsi 4000 kv.m. olan çoxmərtəbəli yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır.
Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülmüşdür.
Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər