Səbailli gənclər Milli Qurtuluş gününü Daxili Qoşunların hərbi hissəsində qeyd etmişlər
Azərbaycan xalqının Milli Qurtuluş günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Daxili Qoşunların «N» saylı hərbi hissəsində tədbir keçirilmişdir.
Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri ilə yanaşı Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyəti iştirak etmişlər.
Əvvəlcə hərbi hissənin sıra meydanında şəxsi heyət və gənclərin düzülüşü təşkil olundu. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdilər, hərbçilər və qonaqlar Azərbaycan Respublikasının Dövlət Himnini birgə ifa etdilər.
Sonra tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Daxili Qoşunlar Qərargahının şöbə rəisi polkovnik Mətləb Qənbərovun iştirakı ilə hərbi hissədə yaradılmış Azərbaycan Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların yaranması, döyüş yolunu əks etdirən eksponatlarla tanış olub, əsgər yataqxanasına tibb məntəqəsinə, idman şəhərciyinə, xidmət otaqlarına, xidmət itlərinin saxlanıldığı kinoloci mərkəzə, xidməti at tövlələrinə baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq keçirilib. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdiblər. Daha sonra şəxsi heyəti gündəlik xidməti və hazırlığı, xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib, Daxili Qoşunların hərbi orkeçtrinin müşayəti ilə hərbi texnika və şəxsi heyətin təntənəli keçidi olmuşdur.
Tədbir iştirakçıları qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə tədbir iştirakçılarını Milli Qurtuluş günü və tədbirin keçirildiyi «N» saylı hərbi hissənin yaradılmasının 21-ci ildöbnümu münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmış, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühm rol oynadığını vurğulamışdır.
Daxili Qoşunların «N» saylı hərbi hissəinin komandir əvəzi, polkovnik-leytenant Alim İsmayılov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışmış, hərbi hissənin müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Rəsmi hissədən sonra qonaqlar və hərbi hisənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunmundur. Qonaqlar yeməklərin keyfiyyətini yüksək qiymətləndirmişlər.
Bu kimi tədbirlər yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin daha da artılırması və onların hərbi xidmətə hazırlığı işlərində mühüm əhəmiyyət kəsb edir, Səbail rayonu ilə Daxili Qoşunlar arasındakı dostluq əlaqələrini daha da möhkəmlədir.