Şriftin ölçüsü :

Saytın rəngi :

KİV nümayəndələri üçün tikilən binalarda dezinfeksiya işləri aparılır

30 mart 2020 | 16:00

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 30-da rayon ərazisində kütləvi informasiya vasitələri nümayəndələri üçün tikilən Yeni Salyan şossesi 20 və 22 ünvanlarında 1250 nəfər sakinin yaşadığı, ümumi sahəsi 5500 kv.m. olan çoxmərtəbəli yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır.
Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülmüşdür.
Eyni zamanda, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq və insanların sıx toplaşdığı yerlərə getməmək tələb olunur.

Keçidlər