Xüsusi Müalicə Sağlamlıq Kompleksində dezinfeksiya işləri aparılmışdır
02 aprel 2020 | 16:00
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar şosesi 31T ünvanında yerləşən 2 korpusdan ibarət Xüsusi Müalicə Sağlamlıq Kompleksində dezinfeksiya işləri həyata keçirilmişdir. Kompleksin daxilində yerləşən bütün şöbələrdə, eyni zamanda konfrans zalı, yeməkxana, çamaşırxana, avtopark ərazisində və inzibati binanın ətrafında olan yaşıllıq sahəsində də dezinfeksiya işləri aparılmışdır.