Səbail rayonunda tənha yaşayan ahıl sakinlərə ərzaq yardımı göstərilir
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı qərarına əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Aprelin 2-də Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin kateqoriyadan olan bir qrup sakini evində ziyarət etmiş, onların problemlərini dinləmiş və ərzaq yardımı göstərmişlər.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı ahıl və tənha sakinlər daimi olaraq ziyarət olunur və onlara ərzaq yardımı göstərilir.