8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Martın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, şəhid anaları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların fəal qadın əməkdaşları iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Azərbaycan dövlətinin inkişaf tarixi, qadınların dövlətin ictimai-siyasi həyatında və cəmiyyətdə rolu barədə qısametrajlı film nümayiş etdirilmişdir.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Ölkə Prezidenti cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam etmişdir.
Tədbir zamanı Azərbaycan qadınlarının parlaq lideri ölkədə və dünyada hər kəsin hörmət və sevgisini qazanmış Birinci vitse-prezident və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında qadınlarımızın onun açdığı yolla ictimai-sosial, mədəni-mənəvi sahədə ölkəmizin inkişafına töhfə verməkdə davam etdikləri, Azərbaycan qadınlarının ümumilikdə ölkəmizin hərtərəfli tərəqqisinə verdiyi töhfələrin xalqa, dövlətə xidmət, ailəsinə sonsuz bağlılıq, sevgi və sədaqət hisslərindən qaynaqlandığı xüsusi qeyd olunmuşdur.
Rəsmi hissədən sonra tədbir bədii proqram ilə davam etmişdir.