Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 15 İyun – Milli Qurtuluş günü qeyd olunmuşdur

14 iyun 2013 | 15:00

 

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. 20 il öncə bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir.

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin   tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə S.Vurğun adına Dövlət Rus Dram Teatrında əlamətdar günlə əlaqədar təntənəli tədbir keçirilmişdir.
Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasını əhatə edən xalqa bağışlanan ömür yolu müasir Azərbaycan tarixinin tərkib hissəsidir. Heydər Əliyev zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş bir şəxsiyyət idi. XX əsrdə xalqımızın yetirdiyi fenomen şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloci-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır.
Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf tendensiyası dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir. Bu nümunə həm də ona görə xüsusi əhəmiyyətə malikdir ki, digər böyük şəxsiyyətlərdən fərqli olaraq, Heydər Əliyev sözügedən sosioloci qanunauyğunluğu iki dəfə və fərqli ictimai-siyasi formasiyalarda sübuta yetirməli olmuşdur.
1970-80-cı illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməs reallıqdır. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması isə artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin möhtəşəm qayıdışı ilə səciyyələnir.
Ümummilli Lider Heydər Əliyev zamanın ona, onun zəkasına, iradəsinə, təcrübəsinə və vətən sevgisinə etibar etdiyi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq olmuşdur. Azərbaycan təhlükələrdən xilas edilmiş, bütövlüyü saxlanmış, ləyaqəti qorunmuşdur.
Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğ prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır və bu müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategityasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Xalqın mənəvi dünyasına sonsuz qayğı və məhəbbətlə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir.
Heydər Əliyevin qayıdışını qırılmaz zərurət kimi irəli sürən obyektiv tarix, eyni məntiqlə də dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətin uzun müddət yaşamasının yeni tarixin yeni zərurətinə çevirmək hökmünü vermişdi. Bu səruri siyasəti yaşadan, yüksəldən, zənginləşdirən və dünyaya təqdim edən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Ümummilli Liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası, yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçıkliklərində təzahür edir.  Bir məqamı isə tam əminliklə ifadə etmək olar ki, Ulu öndərin bizə miras qoyduğu dövlətçilik irsi bu gün də yaşayır, bu irsin daşıyıcısı olan prezident İlham Əliyevin timsalında xalqımızın mütərəqqi inkişaf yoluna daim işıq saçır.
Rəmsi hissədən sonra tədbir iştirakçıları və qonaqlar S.Vurğun adına Dövlət Rus Dram Teatrı truppasının ifasında Ulu öndərin çox sevdiyi və dəfələrlə baxdığı M.F.Axundovun «Müsyo Jordan və Dərviş Məstəli-şah» komediyasına tamaşa etdilər. Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşada iştirak edən xalq artisti Məbud Məhərrəmov, əməkdar artistlər Fuad Osmanov, Natalya Şarovskaya, Mələk Abbaszadə, artistlər Murad Məmmədov, Milana Mərdəxanova, Salman Bayramov və başqalarının ifaları alqışlarla qarşılanmışdır.

Keçidlər