Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində dezinfeksiya işləri davam edir

14 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Badamdar qəsəbəsinin 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində ümumilikdə 15 000 mindən çox sakinin yaşadığı 80 çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində və 1750 fərdi yaşayış evinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilmişdir. Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunmuşlar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Keçidlər