Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə dezinfeksiya işləri davam edir

17 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə şəhərin mərkəzi hissəsində ümumilikdə 34000-dən çox sakinin yaşadığı 264 çoxmənzilli yaşayış evi və 71500 kv.m. ümumi sahəsi olan 6 qeyri-yaşayış binası Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təkrar olaraq dezinfeksiya edilmişdir.
Zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən qeyri-yaşayış binalarının ətrafı və ümumi istifadədə olan yerləri, yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri və məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısının yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq həyata keçirilir.

Keçidlər