Bayıl yaşayış sahəsində dezinfeksiya işləri davam edir
21 aprel 2020 | 16:00
Səbail rayonu, Bayıl yaşayış sahəsi ərazisində ümumilikdə 14 000-dən çox sakinin yaşadığı 27 çoxmənzilli yaşayış binasının ümumi sitifadədə olan yerlərində və 2560 fərdi yaşayış evinin həyətyanı sahələrində və ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə dezinfeksiya işləri aparılmışdır.
Zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən yaşayış binalarının həyətləri, blokları, lift kabinaları və onun ətrafı, pilləkən qəfəsələri və məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri xüsusi məhlullar vasitəsi ilə dezinfeksiya olunmuşdur.