Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili Qoşunların Bərdə şəhərindəki «N» saylı hərbi hissəsində bayram tədbiri təşkil olunmuşdur

25 iyun 2013 | 15:00



24 iyun 2013 - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayon ilə çox   dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olmuşlar.
Hərbi hissənin həyətində təşkil olunmuş tədbirdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Hərbi hissədəki tədbiri açıq elan edən hərbi hissə komandiri, polkovnik-leytenant Məzahir Ağayev qonaqları salamlamış, tədbirin əhəmiyyətini vurğulamışdır.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq ölkə rəhbərliyi tərəfindən aparılıan ordu quruculuğu, silahlı qüvvələrin bütün qoşun növlərində baş vermiş müsbət dəyişikliklər barədə məlumat vermiş, Daxili Qoşunlarla Səbail rayonu arasındakı dostluq əlaqələri və keçirilən birgə tədbirlər barədə danışmışdır.
Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev də öz növbəsində əsgər və zabitləri Silahlı Qüvvələrin yaranma günü münasibəti ilə təbrik etmiş,  onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışlır.
Hərbi hissənin şəxsi heyətinə Səbail RİH-nin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Sonda hərbi hissədə Bakıdan gəlmiş incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün hər iki rayonun rəhbərliyinə və ictimaiyyətinə öz minnətdarlıqlarını bildirmiş, Səbail və Bərdə rayon İcra Hakimiyyətilərinə hərbi hissənin Fəxri fərmanları təqdim olunmuşdur.

Keçidlər