Bayıl yaşayış sahəsində növbəti dəfə dezinfeksiya işləri həyata keçirilmişdir
05 may 2020 | 16:00
Səbail rayonu, Bayıl yaşayış sahəsi ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 3 000-dən çox sakinin yaşadığı 60 çoxmənzilli yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, eyni zamanda məhəllədaxili yollarda zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən növbəti dəfə dezinfeksiya olunmuşdur.
Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq həyata keçirilir.