Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri intensiv şəkildə davam edir

15 may 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsində dezinfeksiya işləri davam etdirilmişdir. Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Qəsəbə ərazisində 21 000-dən çox sakinin yaşadığı 82 çoxmənzilli yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri və məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, 1550 fərdi yaşayış evinin ətrafı və məhəllədaxili yollar zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə yenidən dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadi olaraq rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbə və yaşayış massivlərində həyata keçirilir.

Keçidlər