Səbail rayonunun mərkəzi küçələrində vətəndaşlara tibbi maskalar paylanılıb
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun mərkəzi küçələrində, “Sahil” metrostansiyasının qarşısında, “Fəvvarələr meydanında” və insanların daha çox hərəkət etdiyi ərazilərdə RİH başçısı Vuqar Zeynalov və Səbail Rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılmışdır.
Karantin şəraitinin yüngülləşdirilməsi ilə əlaqədar son günlər bəzi vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini diqqətə almayaraq sosial təhlükəsizlik tələblərinə riayət etməməsi halları müşahidə olunur. Aksiya çərçivəsində vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi şəkildə riayət etmələri tövsiyə edilib.