Badamdar qəsəbəsində vətəndaşlara tibbi maskalar paylanılıb
16 may 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar tərəfindən Badamdar qəsəbəsində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara tibbi maskalar paylanılmışdır.
Aksiya çərçivəsində yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunub.