Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə AKƏM tərəfindən sakinlərə tibbi maskalar paylanılıb

19 may 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  keçirilən tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin əməkdaşları və Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara 3000-dən çox pulsuz tibbi maskalar paylanılmışdır.
Karantin qaydalarının yumşaldılması ilə əlaqədar AKƏM əməkdaşları və Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən keçirilən aksiya çərçivəsində rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirmişlər.

 

Keçidlər