Bayıl yaşayış sahəsində dezinfeksiya tədbirləri davam edir
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayıl yaşayış sahəsində dezinfeksiya işləri davam etdirilmişdir.
Bayıl yaşayış sahəsində 7 000 sakinin yaşadığı, 430 fərdi yaşayış evinin ətrafı və 35 çoxmənzilli yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə yenidən dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadi olaraq rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbə və yaşayış massivlərində həyata keçirilir.