Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün dünyada 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

29 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəaziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsilə bağlı mühüm və aktual məsələlərə toxunmuşdur.
Əslində Prezidentin nitqi görülən və görüləcək işər və eyni zamanda işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi. Prezident qeyd etdi ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb. Eyni zamanda, yaxın iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Bütün bunlar da bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Bir sözlə, müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu prioritet məsələdir.
Son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib, hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun, cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək.
Azərbaycan Ordusunda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Cənab Prezidentin göstərişi ilə orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti ayırır. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara mənzillər verilib. Eyni zamanda, dövlət başçısının bu yaxınlarda verdiyi göstərişə əsasən bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Bundan başqa, hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Bir sözlə, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar.
Bütün bunlarla yanaşı Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqəti çəkərək bu ölkədə demokratiya adı altında diktatura rejiminin qurulduğunu bildirdi: ”Əslində doğurdan da işğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır”.
Heç kəsə sirr deyil ki, bu gün Ermənistanda diktatura hökm sürür. Siyasi hakimiyyət öz rəqiblərini ən müxtəlif yollarla sıradan çıxarmağa çalışır. Ermənistan hakimiyyətini tənqid edən siyasətçilər təqib edilir, barələrində cinayət işləri açılır, həbsxanalara atılır, intihara sövq edilirlər. Bu ölkədə kütləvi informasiya vasitələrinin redaksiyalarına hücumların təşkil edilməsi, jurnalistlərin döyülməsi, sərbəst toplaşmaq azadlığının ən amansız üsullarla məhdudlaşdırılması adi hala çevrilib. Amma buna baxmayaraq, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi, hüquq-müdafiə təşkilatları Ermənistanda getdikcə daha da azğınlaşmaqda olan diktatura rejiminin əməllərinə göz yumurlar. Artıq Paşinyanın, ailə üzvlərinin və yaxın ətrafının silah, brilyant, siqaret qaçaqmalçılığı ilə məşğul olması barədə faktlar Ermənistanda müzakirə olunan əsas mövzulardan biridir.
Milli Ordumuzun gücünə diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki: “Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, biz böyük ərazilərimizi işğaldan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın”.

Keçidlər