Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə dezinfeksiya tədbirləri davam etdirilir

30 iyun 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsində və 20-ci yaşayış sahəsində dezinfeksiya işləri davam etdirilmişdir.
Tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 20-ci yaşayış sahəsində 530 sakinin və məcburi köçkünlərin məskunlaşdığı 5 yaşayış binasının ümumi istifadədə olan yerləri, eyni zamanda Badamdar qəsəbəsi ərazisində 640 sakinin yaşadığı, 3 yaşayış binasının ətrafı, binaların həyətləri, pilləkən qəfəsləri, blokları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə yenidən dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadi olaraq rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbə və yaşayış massivlərində həyata keçirilir.

Keçidlər