Səbail rayonu ərazisində fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərinə yenidən baxış keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİH yanında yaradılan Operativ Qərargah üzvləri ilə birgə Səbail rayonu ərazisində fəaliyyətinə icazə verilmiş bir sıra ictimai-iaşə və ticarət obyektlərinə yenidən baxış keçirib.
Baxış zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılıb, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.
Rayon ərazisində ictimai-iaşə və ticarət obyektlərində maarifləndirmə tədbirləri RİH yanında yaradılmış Mobil qruplar tərəfindən mütəmadi olaraq həyata keçirilir.