Bibiheybətdə sakinlərlə maarifləndirmə tədbirləri həyata keçirilmişdir
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bibiheybət qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında növbəti maarifləndirmə işləri aparılmışdır.
Bununla yanaşı RİH başçısı Bakı şəhərinin ən qədim qəsəbələrindən olan Bibiheybət qəsəbəsində N.Quliyev və Məktəbli küçələri boyunca aparılan əsaslı yenidənqurma və abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Bibiheybət qəsəbəsinin mərkəzi hissəsində yenidənqurma işləri hal-hazırda davam etdirilir, kommunikasiya xəttləri yenilənir, mərkəzi hissədə yerləşən evlərin fasadları və dam örtükləri yenidən qurulur, bu ilin üçüncü rübündə işlərin başa çatdırılması nəzərdə tutulmuşdur.