Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda koronavirusa qarşı dezinfeksiya tədbirləri davam edir

24 iyul 2020 | 16:00

Səbail rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə iyulun 24-də Yeni Salyan yolu 16 ünvanında yerləşən “Kristal Abseron” MTK-ya məxsus 3 ədəd 16 mərtəbəli, ümumilikdə 1450 sakinin yaşadığı 6500 kv.m. sahəsi olan çoxmərtəbəli yaşayış binalarında və Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa olunmuş 2 ədəd 17 mərtəbəli, ümumilikdə 1200 sakinin yaşadığı 7000 kv.metr sahəsi olan çoxmərtəbəli yaşayış binalarında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təkrar dezinfeksiya işləri aparılmışdır. 
Zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri və məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısının yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq həyata keçirilir.

 

Keçidlər