Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda karantin rejimi ilə əlaqədar növbəti reydlər keçirilmişdir

25 iyul 2020 | 16:00

Badamdar qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, RİHBA-nın məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında növbəti maarifləndirmə işləri aparılmışdır.
Eyni zamanda, RİH başçısı IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 və 6 ünvanlarında aparılan əsaslı yenidənqurma və abadlıq işlərinin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar vermişdir.

Keçidlər