Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə koronavirusa yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərlə gücləndirilmiş qaydada maarifləndirmə işləri həyata keçirilir

21 avqust 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılmış mobil qrupların üzvləri rayon ərazisində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxslər və onların ailə üzvləri ilə mütəmadi olaraq əlaqə saxlayır, onlardan karantin müddətində infeksiyanın yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etmələri tələb olunur.
Eyni zamanda, bu kateqoriyadan olan şəxslərə yaşadıqları evi tərk edərək karantin rejimi və qaydalarını pozduqları təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139.1-ci maddəsinə əsasən (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) cinayət məsuliyyətinə cəlb olunacaqları barədə xəbərdarlıq olunur.
Bununla yanaşı, mobil qrup üzvləri tərəfindən koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin (onların ailə üzvlərinin) yaşadıqları çoxmənzilli yaşayış evlərinin giriş qapılarında xəbərdarlıq elanlarının yerləşdirilir. COVİD-19 viruslu xəstənin yaşadığı fərdi yaşayış evlərinin və mənzillərin ətrafı zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə gündəlik olaraq dezinfeksiya olunur.

Keçidlər