Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam edir

21 avqust 2020 | 16:00

Səbail rayonu ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.
Rayon ərazisində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunmasına nəzarət məqsədilə yaradılmış mobil qruplar tərəfindən gücləndirilmiş monitorinqlər davam edir.
Bildiririk ki, Səbail rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə mobil qruplar vasitəsilə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaqdır.

Keçidlər