"AZFEN" Birgə Müəssisəsində koronavirusa qarşı dezinfeksiya tədbirləri həyata keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə "AZFEN" Birgə Müəssisəsinin İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən ofisində və Bayıl istehsalat sahəsində dezinfeksiya işləri həyata keçirilmişdir.
Bayıl istehsalat sahəsinin platforması, sexləri, anbarları, yeməkxanaları, paltardəyişmə otaqları, tibb məntəqəsi, istirahət yerləri və ofis binaları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə dezinfeksiya edilmişdir.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadi olaraq rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbə və yaşayış massivlərində həyata keçirilir.