Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Bu mübarizədə qardaş Pakistan və qardaş Türkiyənin Azərbaycan verdiyi dəstək çox əhəmiyyətli və danılmazdır”.

02 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul etmişdir. Ölkə başçısı Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud olan yüksək əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulayıb. Pakistan İslam Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, müvafiq BMT və İƏT qətnamələri əsasında həllini dəstəkləyir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Üstəlik Pakistan Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində xarici işlər nazirləri səviyyəsində Təmas Qrupunun üzvüdür. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində və digər bütün məsələlərdə həmişə Pakistanı dəstəkləmişdir.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başlaması və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini və kəndlərini atəşə tutduğunu və nəticədə mülki əhali arasında itkilərin olduğunu haqqında danışılmışdır. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Cənab Prezident, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirdi. Bütün hallarda, qardaş ölkə olan Pakistanın hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyi hər kəs tərəfindən görülmüş oldu.
Ermənistan yeni hakimiyyəti də diktator rejimi və cinayətkar rejim qurmuşdur. Cənab Prezidentin bildirdiyi kimi: “Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq”.
Bununla yanaşı, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilmişdir. Bu qəbul olunmaz və Cenevrə Konvensiyasına tamamilə ziddir. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. Heç şübhə yoxdur ki, Azərbaycan heç vaxt bununla razılaşmayacaq və onlara yerlərini göstərəcəkdir.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu mübarizədə qardaş Pakistan və qardaş Türkiyənin Azərbaycan verdiyi dəstək çox əhəmiyyətli və danılmazdır. Bu gün Azərbaycan, kimin yanımızda olaraq öz mövqelərini açıqca nümayiş etdirənləri görür və bunu heç vaxt unutmayacaqdır.

Keçidlər