Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunmuşdur

03 avqust 2013 | 15:00

 İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq  bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunur.

Avqustun 2-də Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından iftar süfrəsi təşkil olunmuşdur.  İftar süfrəsində Badamdar, Bibiheybət qəsəbələri, Bayıl- 20-ci yaşayış sahəsi, eləcə də mərkəzdə yaşayan əhalinin bütün zümrələrindən olan sakinlər, II Dünya və Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşmış məsburi köçkünlərin nümayəndələri, ümumilikdə 500 nəfərdən çox rayon sakini  iştirak etmişlər.
İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. Hacı Surxay müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirmişdir.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamladı. Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Bin neçə gün əvvəl ölkə başçısı jənab İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsində təşkil olunmuş iftar süfrəsində iştirak etmişdir. Badamdar qəsəbəsində təşkil olunan bu iftar süfrəsi də jənab Prezidentin adından verilir.
Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoydu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. Bildirildi ki, son illərdə yüzlərlə dini ibadət yerləri təmir olunmuş, yeniləri tikilmişdir. Keçən ay Şamaxı şəhərində ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş Cümə məscidi buna əyani misaldır. Səbail rayonunda Ulu öndərimizin tapşırığı ilə tikilmiş Bibiheybət məsjidi genişləndirilmiş, böyük ziyarətgah kompleksinə çevrilmişdir. Rayondakı digər məsjidlər də təmir olunmuşdur.  O, respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışdı, gözəl ənənəyə çevrilən iftar süfrəsini  cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi  qiymətləndirdi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik etdi.

Keçidlər