Xain hücumlar zərrə qədər də yolumuzdan döndərə bilməz!
Oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanmışdır. Prezident İlham Əliyev müsahibədə ilkin olaraq demişdir ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam edir. Bu da Ermənistan hökümətinin və onun rəhbərliyinin çirkin siyasətini anlaşılan edir. Məqsədli şəkildə Azərbaycanlı mülki şəxsləri hədəfə alaraq dinc insanların hər hansı fərq qoyulmadan qətl edilməsi halı olan bu siyasət, Ermənistanın törətdiyi növbəti barbarlıq və insanlıq əleyhinə cinayətidir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında şahidi olmuş və görmüşdür. Heç kimə sirr deyil ki, Ermənistan bu cür mənfur əməlləri öz dövlət sərhədlərindən edir ki, Azərbaycan onların ərazisini atəşə tutsun. Bununlada münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəkləri həyata keçirmək niyyətindədilər. Ancaq bütün hər kəs görür ki, biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Beləliklə, Ermənistanın növbəti terror aktı ifşa olunduğunu ancaq bunun Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağını, torpaqlarımızı azad edəcəyini gördük.
Hər zaman olduğu kimi, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində də əvvəldən açıq şəkildə dəstəklədiyini görmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları Azərbaycan - Türkiyə birliyinin təzahürü idi. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Azərbaycan Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edir və eyni zamanda digər dövlətlərdən də hərbi avadanlıqlar alınmışdır, ancaq Ermənistandan fərqli olaraq ödəniş etməklə bu texnikaları əldə etmişdir. Heç kim şübhə etməz ki, Türkiyə bölgədə fəal və önəmli sabitləşdirici rol oynayır. Cənab Prezident müsahibədə mövqeyini bildirərək dedi ki, de-yure ya da de-fakto fərq etmədən qardaş ölkə danışıqlar prosesində olmalıdır. Əlbəətdə ki, bunun nəticəsində Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaqdır. Bununla yanaşı, Pakistan dövləti və onun Baş Nazirinin Azərbaycanın haqq işini dəstəkləməsi qardaşlıq mövqeyinin göstəricisidir. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan həmişə münqaşinənin danışıqlar masası arxasında həll olunmasını və vətəndaşlarmızın işğal olunmuş ərazilərə qayıtmasının tərəfdarı olmuşdur. Lakin Ermənistan tərəfindən humanitar atəşkəsin kobudcasına pozulması onlara verilən şansdan düzgün istifadə etməməyini, bu addıma biganə yanaşmalarını və dəyərləndirə bilmədiklərini gördük. Ermənistanın Sorosun əlinin altında olan rəhbərliyi elə zənn edirdi ki, bu atəşkəsdən istifadə edərək onlar ordumuzun işğaldan azad etdiyi torpaqları yenidən işğal edə bilərlər. Ümumiyyətlə Ermənistan tərəfindən hər şey gözləmək olar. Bundan əvvəl işğalçılıq siyasətini davam etdirmək üçün iyul ayında Tovuz bölgəsinə hücum etmişdir. Rəşadətli ordumuz sayəsində adekvat cavab verilərək düşmən yerində otuzdurulmuşdur. Sözsüz ki, Ermənistanın Baş Nazirinin belə siyasi səhv addımların atması onun rəhbər və idarəçi təcrübəsi olmadığından irəli gəlir. Eyni zamanda, Azərbaycan Ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməsi, Ermənistandakı diktator rejimini panikaya və təşviş içinə salıbdır. Bu gün faktlarla göstərilir ki, əzəli torpaqlarımızda PKK düşərgələri və digər ölkələrin muzudluları vardır. Bu da beynəlxalq hüquqi normalara və baza prinsiplərinə uyğun deyildir. Əldə olunmuş humanitar atəşkəsin maddələrində qeyd edilmişdir ki, danışıqlar baza prinsiplərində aparmalıdır. Bu cür danışıqlar Azərbaycan dövlətinin maraqlarını təmin edir ki, işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılsın. Beləliklə, Moskva anlaşmasında danışıqlar formatının dəyişilməz qalması, yəni Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakının olmaması, Ermənistan hərbi siyasi rəhbərliyinin növbəti diplomatik uğursuzluğudur.
Hər kəs bilir ki, Azərbaycan öz suveren işğal olunmuş torpağına qayıtmaq istəyir. Ona görə də haqqı olduğu torpağa sülhməramlıların yerləşməsi ancaq Azərbaycanın icazəsi olandan sonra baş verə bilər. Cənab Prezidentin bildirdiyi kimi: “Belə səylər, belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”. Ümumiyyətlə Azərbaycan dövləti həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. İşğal olunmuş ərazilərimizi geri aldıqdan sonra Dağlıq Qarabağda hal-hazırda yaşayan ermənilərlə hər hansı bir problemiz olmayacaqdır. Azərbaycan xalqı xeyirxah xalq olduğuna görə onlarla digər xalqların nümayəndələri sülh, ləyaqət içində yaşayırlar. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi: “Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya sərmayə də yatırarıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yeksan etmək və ondan sonra elan etmək ki, bu, qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvəlində köçürülüb. Bu, tarixdir. Bu tarixi biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir”.
Azərbaycan əks əməliyyatları başqa bir ölkənin ərazisində deyil, özünün işğal olunmuş ərazilərdə apardığını və nəticə etibarı ilə bunun beynəlxalq hüquqi aktlara uyğunluğunu görmək olar. Buna görə də Azərbaycan Ordusu bütün istiqamətlər üzrə düşmənə sardıcı zərbələr endirir. Döyüş əməliyyatlarının Azərbaycan Ordusu üçün çox uğurludur və Ermənistanın texniki təchizatı sarsılıb. Son günlər ərzində Ermənistan Silahlı qüvvələrin 200-dən çox tankı, 2 “S-300” hava hücumuna qarşı qurğusu, OSA-35, TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahları məhv edilmiş və 33 tank qənimət götürülümüşdür. Bundan əlavə rəşadətli ordumuz tərəfindən 8 kəndimiz düşmən işğalından azad olunmuşdur. Bu onun göstəricisidir ki, Azərbaycanda hər hansı xarici hərbiçinin iştirakına ehtiyac yoxdur, malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Heç şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunacaqdır və məcburi köçkünlərimiz qısa müddətdə öz yurdlarına geri dönəcək, onlar üçün ölkə başçımız tərəfindən lazımi köməkliklər göstəriləcəkdir. Xain hücumlar heç bir zaman bizi yolumuzdan döndərə bilməz.