Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər gücləndirilmiş qaydada davam edir

19 oktyabr 2020 | 16:00

Səbail rayonu ərazisində RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir. 
Xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarımızı mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq. Koronavirus infeksiyasının doğurduğu təhlükəni bir an belə unutmamalı, şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməli, qoruyucu maskalardan istifadə etməli, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmalı və sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Bu gün cəbhə bölgəsinə ezam olunan, həm də könüllü olaraq gedən tibb işçilərimiz əsgərlərimizin qulluğunda dayanırlar. Bizim hər birimizin özünü qoruması koronavirus xəstələrinin sayının artmaması və tibb işçilərinin işinin çoxalmamasına kömək olacaq. Gəlin hamımız Ordumuzun düşmən üzərində qələbəsinə xidmət edək.

Keçidlər