Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan: “Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək”

20 oktyabr 2020 | 16:00

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət etmişdir. Ölkəmizin Başçısı müraciətində ilkin olaraq bildirmişdir ki, Ermənistanın cinayətkar rəhbərliyinin Azərbaycanın mülki vətəndaşların atəşə tutması sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Oktyabrın 17-də gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən ballistik raket atəşinə tutulması, nəticədə qadınların, qocaların və uşaqların həlak olması bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli raket-artilleriya atəşinə tutulması və 2-si uşaq olmaqla 14 dinc sakinin həyatını itirməsi, eyni zamanda 55-dən çox insanın ciddi müxtəlif dərəcəli bədən xəsarətləri alması ümumbəşəri dəyərlərə və insanlığa qarşı hərbi cinayətidir.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparırdı. Bu bir mənalıdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulması ilə yanaşı bu, müharibə cinayətidir. Eyni zamanda, dövlət başçısının da qeyd etdiyi kimi, işğaldan azad olunan ərazilərdə erməni vandalizmi ən qabarıq şəkildə ortaya çıxmaqdadır. Belə ki, son 30 il ərzində erməni vəhşilərinin tapdağı altında qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb və dini abidələrimiz sökülüb. Füzuli şəhərinin qalıqları da erməni faşizminin təzahürü və bariz nümunəsidir.
Ermənistanın müasir silahlara malik olması yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə, Cənubi Qafqaza qarşı olduqca ciddi təhdiddir. Azərbaycan xalqınıda maraqlandıran suallardan biridə odur ki, bankrot ölkə olan Ermənistanda bu qədər silah-sursatın hansı pulla və ya necə almağıdır. Çünki bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanın, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda, müharibəni aparmaq üçün silah və hərbi texnikanı hansı yollar ilə əldə etməsi ciddi suallar doğurur. Sözsüz ki, Ermənistanın həm iqtisadi, həm də hərbi vəziyyətdəki böhranı siyasi müstəvidə daha gənişlənəcəkdir. Bütün bunların əsas səbəbkarı kriminal hakimiyyət olduğunu Ermənistanın əhalisi çox gözəl bilir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyəti istəmirlər.
Azərbaycan Silahlı Qüvvələri savaş meydanında əsl qələbə salnaməsi yazmaqda davam edir. Ermənistan Azərbaycan Silahlı Qüvvələrin əks hərbi hücumunun qüdrəti qarşısında tab gətirə bilmir. Son 30 ildə işğal altında saxladığı Azərbaycan ərazilərindən sürətlə geri çəkilmək məcburiyyətində qalıb. Şübhəsiz ki, Füzuli şəhərinin düşməndən azad edilməsi böyük qələbənin müjdəsidir. Hazırda Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri ələ keçirən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük ölçüdə sıradan çıxara bilib. Ötən günlər ərzində 234 ədəd tank, 49 ədəd piyadaların döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlifçaplı toplar, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, əməliyyat taktiki raket kompleksi olan 2 ədəd “Elbrus”, 1 ədəd “Toçka-U”, 35 ədəd OSA zenit raket kompleksi, 3 ədəd TOR zenit-raket kompleksi, 5 ədəd KUB və “Kruq” zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi, 196 ədəd yük avtomobilləri məhv edilmişdir. Bununla yanaşı hərbi qənimət kimi  36 tank, 24 piyadaların döyüş maşını, 98 yük avtomobilləri götürülmüşdür. Nəticədə Azərbaycan ordusu düşmənin hərbi texnikasını həm məhv edir, həm də işlək vəziyyətdə olanlarını qənimət götürür. Bütün bunlar Ermənistan ordusuna təqribən 2 milyard dollara yaxın ziyan vurmuşdur.
Azərbaycan ordusu hazırda ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qətiyyətlə və əzmlə vuruşur. Füzuli, Cəbrayıl şəhərlərinin, Hadrut qəsəbəsinin və 60-a yaxın kəndin  işğaldan azad edilməsi, Xudafərin üzərində yenidən Azərbaycan bayrağının dalğalanması, düşmənin vahimə və panika içərisində döyüş meydanından qaçması böyük qələbəmizin addım səslərini daha aydın şəkildə eşitdirir. Əlbəətdə ki, Azərbaycan dövləti dağıdılmış şəhərləri yenidən quracaq və işğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa edəcək, oralardan azan səsi eşidiləcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz”. Hər zaman, hər yerdə dövlətimizin və xalqımızın milli maraqlarını qoruyan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin və xalqının iradəsinə heç bir təhdid, heç bir hədə, heç bir təzyiq təsir edə bilməz. 
Beləliklə, öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan isə regionda və ümumiyyətlə bütün dünyada sülhün düşməni rolunda çıxış edir. Azərbaycan Ermənistanın namərd və barbar əməllərinə yalnız döyüş meydanında cavab verir. Ermənistan Azərbaycanın dinc şəhər və kəndlərini atəşə tutması və mənfur düşmənin hərbi siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Şübhəsiz ki, heç bir cinayət cəzasız qalmır. Hər bir cinayətkar əvvəl-axır layiq olduğu cəzaya tuş gəlir.

 

Keçidlər