Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda ictimai-iaşə və ticarət obyektlərində reydlər davam edir

27 oktyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail rayonu ərazisində RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir.
Rayonun müxtəlif ərazilərində fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla aparılan maarifləndirici söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir.
Qeyd edək ki, son günlər sosial məsafənin gözlənilməməsi, tibbi maskadan və dezinfeksiya edici vasitələrdən istifadə edilməməsi halları müşahidə olunur. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Vətəndaşlarımızı mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Keçidlər