Prezident İlham Əliyev: “Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə vermişdir. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatlarının nəticəsində oktyabrın 30-dək 4 şəhər, 3 qəsəbə və 184 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 72 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 17 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub. Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir.
Azərbaycan hər zaman dünyada sülhün, tolerantlıq və dialoqun, mədəniyyətlər və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Buna görədə münqaişənin dinc yolla həll olunmasının və qəbul edilmiş atəşkəs qaydalarına əməl etdiyini görmək olar. Lakin, atəşkəsi 3 dəfə pozan Ermənistan Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumları düşmənin özünün nə qədər mənfur, çirkin xislətli olduğunu göstərir. Ermənistan hərbçilərinin hədəfinə çevrilmiş Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulması nəticəsində 69 nəfər həlak olmuş və 314 nəfər yaralanmışdır. Günahsız mülki şəxslərin, uşaqların, qadınların öldürülməsi Ermənistanın insanlığa qarşı cinayətlərinin, dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətinin açıq ifşasıdır. Bütün bunlar birmənalı şəkildə göstərir ki, rəsmi Yerevanın sülhdə əsla marağı yoxdur, işğalçı ölkə yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir. Ümumiyyətlə, Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son zamanlarda da Ermənistan rəhbərliyi bu siyasəti davam etmişdir. Belə ki, Ermənistanın Baş Naziri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar münaqişənin baza prinsiplərinə uyğun həll etməməsi bunu deməyə əsas verir. Heç kəs şübhə etməz ki, Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan xalqının əzəli və əbədi torpaqları olmuşdur. Bunu beynəlxalq normalar, sənədlər, qətnamələr və baza prinsiplərində görmək olar ki, Qarabağ ərazisi Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsindədir. Məhz bu səbəbdən azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Bununlada əlaqədar olaraq, baza prinsipləri əsasında beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Əlbətdə, münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq və region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr olmuş ölkələri işğalçı və təcavüzkar siyasəti yürüdən Ermənistana qarşı siyasi təzyiq və sanksiyalar tətbiq etməlidir. Sözsüz ki, bundan sonra münqişənin həll edilməsində mühüm irəlləyişlər olacaqdır.
Münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyü bərpası, eyni zamanda sülhün təmin edilməsi regionun sürətli inkişafına səbəb olacaqdır. Cənab Prezidentin müsahibədə bildirdiyi kimi: “Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır. Çünki bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıqdan danışmaq olar. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”.
Beləliklə, gördüyümüz həqiqət budur ki, dünya birliyinin, beynəlxalq təşkilatların edə bilmədiyini Ali Baş Komandanımız və onun rəhbərliyi ilə şanlı ordumuz həll etmək əzmindədir. Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcək. Bu gün ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda Azərbaycan xalqının Dövlətimizin Başçısının ətrafında sıx birləşdiyini bütün dünya görür. Hər bir evdə, hər ocaqda, hər qarış torpağımızda qalib Azərbaycan bayrağımız var. Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!