Badamdar qəsəbəsində “Şəhidlər abidəsi” ziyarət olunmuşdur
07 noyabr 2020 | 16:00
Noyabrın 6-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri Badamdar qəsəbəsində “Şəhidlər abidəsi”ni ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar.
Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq Səbail rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur.