Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam edir

20 noyabr 2020 | 16:00

Səbail rayonu ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.
Səbail rayonu ərazisində RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir.
Rayonun müxtəlif ərazilərində fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla aparılan maarifləndirici söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir.

Keçidlər