Səbaildə koronavirusla mübarizə ilə bağlı təbliğat işləri davam edir
18 dekabr 2020 | 16:00
Səbail rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən koronavirusa yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin (onların ailə üzvlərinin) yaşadıqları fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış evlərinin giriş qapılarında elanlar yerləşdirilir, qonşulara xəbərdarlıq edilir və həmin ünvanlarda zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən dezinfeksiya işləri həyata keçirilir.