Ahıllara qayğı cəmiyyətin hər bir üzvünün vətəndaşlıq borcudur
1 Oktyabr Beynəlxalq Ahıllar günü Səbail rayonunda ənənəvi olaraq geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları və Ağsaqqallar Şuraları, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülmüşdür.
Əlamətdar günlə əlaqədar «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Zeytun» restoranında rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılmışdır. Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycandakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılsın. Bu il də ölkədə pensiya müavinətlər 10 % artmışdır. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur.
Bu gün Səbail rayonunda yaşayanların 6,5 %-ni (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. müxtəlif növ və kateqoriyalar üzrə 2485 nəfər sosial müavinət, 422 ailə (1682 ailə üzvü) Ünvanlı Sosial Yardım alır. Hər bir ailə üzvünə 27,0 manat olmaqla, orta hesabla hər bir ailəyə 119,0 manat sosial yardım təyin olunmuşdur.
Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılmış, Bibiheybətdə yeni poçt məntəqəsi yaradılmışdır.
A.Əsgərov rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir ki, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac vardır.
Tədbirdə çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını çatdırmış, qarşıdan gələn Prezident seçkilərində yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirmişlər.
Görüşdə iştirak edən ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.
Əməkdar artist Aybəniz Haşımova, qızı Aynişan, Taсikistandan gəlmiş müğənni Təhminə Niyazova, gənс ulduzlar Vəli Səfərov, Müşviq Əliyev, Vüqar Ağasıyevin çıxışları tədbiri daha şən və rəngarəng etmişdir.