Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda şəhid ailələri ziyarət olunur

31 dekabr 2020 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilk öncə Badamdar qəsəbəsində yerləşən “Şəhidlər abidəsi”ni ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar.
Daha sonra Səbail RİH başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, şəhid ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıb.
Səbail RİH başçısı Vuqar Zeynalov görüşdə bildirmişdir ki: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcəkdir. Bir sözlə şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər”.
Şəhidlərin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər