Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir

01 yanvar 2021 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Vətən müharibəsinin qəhrəmanları ilə görüşləri davam edir. Dekabrın 31-də Vətən müharibəsində iştirak etmiş bir qrup əsgərlə RİH başçısı görüş keçirmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Görüşdə əsgərlərimiz Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açmışlar.
RİH başçısı Vuqar Zeynalov görüşdə bildirmişdir ki: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər”.
Görüşdə iştirak edən əsgərlər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər